Dövlət Gömrük Komitəsi Azərbaycana avtomobillərin müvәqqәti gәtirilmәsi zamanı əsas pozuntuları açıqlayıb

““Euro-4” ekoloji standartının tәlәblərinә cavab vermәyәn avtonəqliyyat vasitələrinin Azərbaycana müvәqqәti gәtirilmәsi ilә bağlı bәzi hallarda fiziki şәxslәr tәrәfindәn müәyyәn pozuntulara yol verilirdi. Bu problemin aradan qaldırılması üçün nәzarәt tәdbirlәri güclәndirilir”.

APA-nin məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov Azərbaycanda “Euro-4” ekoloji standartına keçidlə əlaqədar olaraq, bu ilin avqustun 16-dan etibarən sözügedən standartın normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlərin tələb olunacağını şərh edərkən deyib.

“Nәqliyyat vasitәlәrinin gәtirilmәsi ilә bağlı müvafiq qaydalar var. O qaydalar normativ sәnәdlәr vә Nazirlәr Kabinetinin qәrarları ilә tәnzimlәnir. Müvafiq tәsdiqedici sәnәdlәr әsasında müvәqqәti gәtirilmәyә icazә verilir. Yәni nәqliyyat vasitәsini idarә edәnlәr tәrәfindәn gömrük orqanlarına müvafiq tәsdiqedici sәnәdlәr tәqdim olunmalıdır. Bu sdahədə müәyyәn problemlәr var idi. Hazırda bu problemin aradan qaldırılmasında, ölkәyә nәqliyyat vasitәlәrinin gәtirilmәsi vә onların “Euro-4” ekoloji standartın tәlәblәrinә cavab vermәsi baxımından Dövlət Gömrük Komitәsi müvafiq tәdbirlәr hәyata keçirir”, - deyə o bildirib.

Ş. Bağırov həmçinin bildirib ki, avtonəqliyyat vasitələrinin Azərbaycana müvәqqәti gәtirilmәsdi ilә bağlı pozuntular әsasәn onların ölkәdәn vaxtından çıxarılmaması ilә bağlıdır: “Әsasәn müvәqqәti gәtirilmә üçün 90 gün müәyyәnlәşdirilib. Amma bu vәtәndaşın gәlmә mәqsәdlәrindәn asılı olaraq dәyişә bilәr. Bizim tәdbirlәr isә ona yönәlib ki, bu sahәdә pozuntular baş vermәsin vә nәzarәt mexanizmini güclәndirilsin”.

Qeyd edək ki, Azərbaycan “Euro-4” standartına cari ilin aprelin 1-dən keçib.

Nazirlər Kabinetinin “Azərbaycan ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycanda istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Euro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə” 14 yanvar 2014-cü il tarixli qərarına əsasən aprelin 1-dən Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə “Euro-4” ekoloji normaları tətbiq ediləcək. Aprelin 1-dən Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Euro-4” ekoloji normalara uyğun olması əsas götürüləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri