Azərbaycanın mobil operatoru ödəniş kartlarının qıtlığını aradan qaldırır

Azərbaycanın mobil operatoru "Bakcell" MMC ötən həftə ərzində bazarda müşahidə olunan ödəniş kartlarının qıtlığı şirkətdən asılı olmayan səbəblərdən baş vermiş gecikmə ilə bağlıdır. Bu barədə çərşənbə axşamı şirkətdən Trend-ə verilən məlumatda deyilir.

MMC-dən deyildiyi kimi, Bakcell şirkəti yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib".

Şirkətdən deyiblər: "Ötən şənbə və bazar günü bazar ödəmə kartları ilə müəyyən qədər təmin olunub. Bu həftə ərzində kartların bazara paylanması ilə bağlı işlər davam etdiriləcək".

"Bakcell" şirkəti abunəçilərə alternativ ödəmə vasitələrindən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) istifadə etməyi tövsiyə edir. Alternativ ödəmə vasitələrindən istidafə olunması abunəçiyə bonus dəqiqələr qazanmaq imkanı verir.
Əvvəlcədən ödəmə sistemində olan abunəçilərimiz avqust ayının 10-na kimi alternativ kanalllar vasitəsilə ən azı 3 AZN ödəniş etməklə şəbəkədaxili 10 pulsuz dəqiqə əldə edəcəklər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri