Bakıda qardaşı oğlunu güllələyən şəxs tutulub

Bakıda əmi qardaşı oğlunu güllələyib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 1-də Gürgən qəsəbəsi, E.Hüseynov küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Oktay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngindən atəş açaraq qardaşı oğlu - 1982-ci il təvəllüdlü Niyazi Allahverdi oğluna baş nahiyəsindən xəsarət yetirib.

Yaralı 3 saylı xəstəxanaya yerləşdirilib.

Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində O.Cəfərov tutulub və yaşadığı mənzildən 437 qram marixuana götürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri