Heydər Əliyev prospektində stul qoyub oturan kişini maşın vurub öldürüb

Bakının Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş ver verib.

APA TV-nin məlumatına görə, Verdiyev Rasim İbrahim oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olarkən 40-45 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata görə, vurulan şəxsin daimi yaşayış yeri olmayıb. O, gecə təxminən saat 01.30-da Heydər Əliyev prospektində əsas və köməkçi yolu ayıran hissədə işıq dirəyinin yanında stul qoyub oturubmuş. Rasim Verdiyevin idarə etdiyi avtomobil yaxınlaşarkən hələlik şəxsiyyəti məlum olmayan şəxs oturduğu stulla birlikdə qəfildən yolun hərəkət hissəsinə çıxıb.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr keçirilib. Sürücü Rasim Verdiyev ifadəsinin alınması üçün polis idarəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri