Azərbaycanda maşın kanala düşüb, 4 nəfər ölüb

Yevlax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 28-də saat 08 radələrində Bünyadabad kəndi ərazisində kənd sakini Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.
 
Nəticədə T. Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov ölüblər.

Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri