55 yaşlı qardaş 62 yaşlı bacısını bıçaqlayıb

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib.

Şəki şəhər-rayon Polis Şöbəsindən (RŞPŞ) APA-ya verilən məlumata görə, hadisə Şəki şəhəri, Şəhriyar küçəsi - ev 24 ünvanında qeydə alınıb. 1959-cu il təvəllüdlü, Bayram Mustafa oğlu Məmmədov ailə münaqişəsi zəminində bacısı, 1952-ci il təvəllüdlü Zöhrə Mustafa qızı Məmmədovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Z. Məmmədova xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, Zöhrə Məmmədova boyun nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zöhrə Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Şəki ŞRPŞ-dən APA-ya bildirilib ki, hadisəni törədən Bayram Məmmədov saxlanılıb, hazırda Polis Şöbəsində ondan izahat alınır. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri