Ağstafada Kür çayı üzərindəki dəmiryol körpüsündə bədbəxt hadisə baş verib

Ağstafa rayon Poylu qəsəbəsində Kür çayı üzərindən keçən dəmiryol körpüsündə bədbəxt hadisə baş verib.


APA-nın məlumatına görə, fəhlələr körpü üzərində qaynaq işləri apararkən dəmir pilləkən anidən qırılıb.


Nəticədə 5 fəhlə 10 metr hündürlükdən yerə düşüb.


Hadisə nəticəsində xəsarət alan Mansurov Yaşar Musa oğlu, Rüstəmov Talıb Rəcəb oğlu və Əmiraslanov Elxan Ağstafa, Tağıyev Çingiz Ənvər oğlu və Hüseynov Elxan isə Qazax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


Qeyd edək ki, dəmiryolu körpüsündən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri