Şamaxıda naməlum sürücü digər avtomobilin sürücüsünü vuraraq qaçıb

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə yolun 114-cü kilometrliyində, Şamaxının Sabir qəsəbəsi ərazisində qeydə alınıb. Ağsu sakini, 1959-cu il təvəllüdlü Ağakərim Kərimov şəxsi minik avtomobili ilə hərəkət edərkən yolda maşının yanacağı qurtarıb. O, maşını yolun kənarında saxlayaraq yerə düşən zaman Şamaxı tərəfdən sürətlə gələn başqa bir minik avtomobili onu vurub. Hadisə zamanı Ağakərim Kərimov aldığı ağır xəsarət səbəbindən dünyasını dəyişib. Onu vuran naməlum avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb. Hazırda həmin avtomobilin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri