"Airbus" Azərbaycanda məcburi eniş edən sərnişin təyyarəsi ilə bağlı açıqlama yayıb

Fransanın təyyarə istehsalçısı "Airbus" aviaşirkəti “A 380” tipli sərnişin təyyarələrin qapıları ilə bağlı problemlərin ciddi olmayacağı ilə bağlı sifarişçilərini inandırmağa çalışıb.

APA-nin “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Böyük Britaniyada keçirilən "Farnboro" aviaşousu çərçivəsində iştirak edən şirkət rəsmisi bildirib ki, bu ilin yanvar ayında "Singapore Airlines"a məxsus olan “A 380” tipli sərnişin təyyarəsinin qapısı ilə bağlı yaranan problemə görə Bakıda məcbur eniş etməsindən sonra aviaşirkət qapılarla bağlı yeniliklərin sınaqdan keçirilməsinə başlayıb.

Şirkətin nümayəndəsi bildirib ki, bütün bunlar təyyarələrin təhlükəsizliyi və sifarişçilərə çatdırılması ilə ciddi problemlər törətməyəcək.

Qeyd edək ki, “A 380” təyyarələri dünyada ilk iki gövdəli təyyarədir və 800-ə qədər sərnişin daşımaq qabiliyyətinə malikdir.

Xatırladaq ki, bu il “Singapore Airlines” aviaşirkətinin London-Sinqapur aviareysini yerinə yetirən “Airbus-A 380” tipli sərnişin təyyarəsi bu il yanvarın 6-da Bakıda hava limanında məcburi eniş edib. Aviaşirkətin sosial şəbəkələrdə yaydığı rəsmi xəbərə görə, məcburi eniş yerli vaxtla saat 01:03-də həyata keçirilib və təyyarə kabinəsinin hermetizasiyasının açılması ilə bağlı olub. Təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri