Sumqayıtda dənizdə 14 yaşlı gənc boğulub

Ötən gecə Sumqayıtda 14 yaşlı gənc dənizdə boğulub.

APA TV-nin məlumatına görə, Gülməmmədov Balaxan Namiq oğlu həmyaşıdları ilə birlikdə yaşadıqları yerin yaxınlığında, Xəzər dənizinin mühafizə olunmayan hissəsində çimməyə gedib. 14 yaşlı yeniyetmə boğulmağa başlayıb və dostları onu xilas edə bilməyiblər.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hava qaranlıq olduğundan yeniyetmənin cəsədini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri