Bakı metrosunda qatarda texniki nasazlıq olub, sərnişinlər təxliyə edilib

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq olub, sərnişinlər təxliyə edilib.

Bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, qatarda nasazlıq təxminən saat 15:40-da baş verib və qatar təmir üçün depoya göndərilib. Onun sözlərinə görə, yaranmış texniki nasazlıqla əlaqədar qatarların hərəkətində 25 dəqiqə gecikmə olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri