Bakı-Nyu-York birbaşa aviareysinin açılacağı tarix məlum olub

"Azərbaycan Hava Yolları" QSC sentyabrın 24-dən ABŞ-a birbaşa aviareysin açılmasını planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə QSC-dən deyiblər.
QSC-dən bildirilib ki, birbaşa reyslər Bakı-Nyu-York marşrutu üzrə həyata keçiriləcək.

Bir müddət əvvəl "Azərbaycan Hava Yolları" QSC ABŞ Nəqliyyat Departamentindən Bakı - Nyu-York uçuşlarını həyata keçirməyə imkan verən ilkin iqtisadi lisenziya alıb. Amerikalı ekspertlər Azərbaycan aviasiyasının uçuşlarının təhlükəsizlik səviyyəsinin beynəlxalq standartlara uyğun olduğunu qeyd ediblər.

Bu, Cənubi Qafqaz regionundan Şimali Amerikaya ilk aviareys olacaq ki, bu da "Azərbaycan Hava Yolları"nın hava sərnişin nəqliyyatı sahəsində regionun lideri kimi statusunu möhkəmləndirəcək.

Hazırda AZAL-ın donanması Boeing 757-200, Boeing 767-300, Airbus 319, Airbus A320, Airbus A340-500, Embraer ERJ 170-100LR və Embraer ERJ 190-100 markalı təyyarələrdən ibarətdir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri