Bakıda bir nəfər ürəyindən bıçaqlanaraq öldürülüb

Bakı şəhərində kişi meyiti tapılıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, meşə massivində qeydə alınıb.
 
Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb. 25-30 yaşlarında olduğu güman edilən şəxsin kimliyi və cinayəti törədənin tapılması istiqamətində iş aparılır. 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri