Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 1 yerüstü piyada keçidi və 7 keçid tikiləcək

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15 - 45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir.

Bu barədə APA-ya Nəqliyyat Nazirliyi  “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
 
O deyib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı   borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.
 
“Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, - deyə P. Mürsəliyev əlavə edib.
 
Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri