Paytaxtda kran aşdı

Paytaxtda kran avtomobillərin üzərinə aşıb.

ANS-in məlumatına görə, Zivər Əhmədbəyov küçəsində kran aşıb. Hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığında baş verib.

Kran bir neçə maşını yararsız hala salıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən ANA PRESS-ə verilən məlumata görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb:

"Bir neçə avtomobil yararsız vəziyyətə düşüb".
Şərhlər
Hadisə bölməsinin xəbərləri