Meşəlik ərazidə itkin düşən İsmayıllı sakini bir gün sonra tapılıb

İtkin düşmüş İsmayıllı sakini tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Lahıc qəsəbəsində meşə ərazisində 1 nəfər iyulun 12-də itkin düşüb.

Vətəndaşın axtarışı İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən mütəmadi davam etdirilib.

Vətəndaş iyulun 13-də Nial dağlarının kənarındakı meşəlik ərazidən tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri