Bakıda 36 yaşlı kişi bir qardaşı qətlə yetirib, digərini isə bıçaqlayıb

Bakıda qətl hadisəsi törədilib.

Baki Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), 1977-ci il təvəllüdlü qardaşı Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. F.Həsənov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri