Son 6 ayda axtarışda olan 69 avtomobil saxlanılıb

Ötən 6 ayda “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 5526 yol-nəqliyyat qəzası qeydə alınıb.

APA-nın xəbərinə görə, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov deyib.

V. Eyvazov bildirib ki, ötən dövrdə piyadaların vurulması ilə nəticələnən 85 hadisə aşkarlanıb, axtarışda olan 69 avtomobil saxlanılıb.

Hesabat dövründə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 35.776 vahid artsa da, baş vermiş yol-nəqliyyat hadisələrinin sayı 11 faiz, qəzalarda həlak olanların sayı 8 faiz, xəsarət alanların sayı 15 faiz, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermiş hadisələr 2,3 dəfə azalıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri