Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin ermənilərə əsir düşməsi ilə bağlı informasiyalara aydınlıq gətirib

Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin ermənilərə əsir düşməsi ilə bağlı informasiyalara aydınlıq gətirib.
Trend-in sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.
Qeyd edək ki, dünən Ermənistan mətbuatı Azərbaycanın kəşfiyyat-diversiya qrupunun guya sərhədi keçməyə cəhd göstərdikləri barədə xəbər yayıblar. Qrupun bəzi üzvlərinin girov götürüldüyü bildirilir. Məlumatda onlardan birinın adının Quliyev Şahbaz Cəlal oğlu olduğu qeyd edilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri