Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Kürdəmirdə ağır yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun 170-ci kilometrliyində Kürdəmir rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
 
“BMW” və “Hyundai Sonata” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb.
 
Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri