Bakıda avtomobil aşıb, ölən və yaralanan var

Bakıda ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər rayonu ərazisində, Qala-Zirə yolunda qəsəbə sakini, 1987-ci il təvəllüdlü Anar Hüseynov idarə etdiyi “Opel-Vectra” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə, A. Hüseynov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sabirabad rayon sakini Şamo Gözəlov xəsarətlə 3 saylı Xəstəxanaya yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri