Güclü leysan Daşkəsən rayonuna ciddi ziyan vurub

Ötən gecə Daşkəsən rayonuna güclü leysan yağıb.

Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, leysan nəticəsində Daşkəsən - Xoşbulaq və Daşkəsən Dəstəfur yoluna qaya parçaları tökülüb, sözü gedən istiqamətdə avtomobillərin hərəkəti dayanıb. Müsahibin bildirdiyinə görə, xüsusi texnika vasitəsi ilə yollar qaya parçalarından təmizlənir. Məlumata görə, güclü leysan rayonun 6 yaşayış məntəqəsini də elektrik enerjisiz qoyub. Cavanşir Qocayev selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri