Bakı “Lada” markalı maşınla toqquşan “Toyota Prado” aşıb

Bakıda ağır yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə saat 11.45 radələrində paytaxtın Rüstəm Rüstəmov küçəsi ilə Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
 
“Toyota Prado” markalı, 99 EP 990 dövlət nömrə nişanlı avtomobil “Lada” markalı maşınla toqquşub. Zərbənin gücündən “Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıb.
 
Hazırda Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparır. 
Şərhlər
Hadisə bölməsinin xəbərləri