Fövqəladə Hallar Nazirliyi: Azərbaycanın Siyəzən rayonunda baş vermiş yanğının söndürülməsinə helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzən rayonunda baş vermiş yanğın barədə ilkin məlumat açıqlayıb.

Nzirlikdən APA-ya verilən məlumata görə, rayonun Kiçik Həmyə kəndinə yaxın boş ərazilərdə otluq sahədə yanğın baş verib. İsti külək nəticəsində yanğının sürətlənib və geniş ərazini əhatə edib. Yanğının meşə zolağina və kənddəki evlərə keçmə təhlükəsi yaranıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları, o cümlədən bir yanğınsöndürmə helikopteri cəlb edilib.

Hazirda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri