Şəmkirdə 16 və 14 yaşlı yeniyetmələr Kürdə batıb

Fövqəladə Hallar Nazirliyi (FHN) iki yeniyetmənin Kürdə batması haqqında məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Azər Malik oğlu Həsənov və 2000-ci il təvəllüdlü Arif Cavan oğlu İsayev Kür çayının Şəmkir rayonu, Cəfər Cabbarlı kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 160 km məsafədə, nəzarət olunmayan ərazidə) çimərkən batıblar.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.

A. Həsənov və A. İsayevin cəsədi batdığı yerdən, təxminən, 60 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri