17 yaşlı Cəlilabad sakinini ilan sancıb

Cəlilabad rayonunda daha bir ilan sancma faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Edişə kəndinə baş verib. Kənd sakini, 17 yaşlı Səbuhi Yaqub oğlu Şükürov həmkəndliləri ilə birlikdə örüş sahəsində küləş bağlayarkən onu ilan sancıb. Səbuhi Şükürovun halı pisləşib və ona ilk yardımı sərhədçilər göstərib.

Daha sonra qonşu kənddəki tibb məntəqəsinə çatdırılan Səbuhi əraziyə çağırılmış təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub və hazırda vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, cari ildə istilər düşəndən bəri bu, Cəlilabad rayonunda qeydə alınan 13-cü ilansancma faktıdır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri