Ərinin döydüyü qadın özünü 4-cü mərtəbədən atıb

Naxçıvanda intihara cəhd olub.

APA-nın məlumatına görə, hadisə Naxçıvan şəhərində qeydə alınıb.

Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ər-arvad arasında düşən davaya F. Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F. Camalovanı buna görə vurub.

Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri