Azərbaycanda baş verən dəhşətli yol qəzasında 3 nəfər ölüb

Azərbaycanda dəhşətli yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Qabil Qasımovun idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobil hərəkətdə olarkən aşıb.
 
Qəza zamanı sürücü və avtomobildə olan iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov  və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri