Şəki işıqsız qalıb

Bu gün Şəki şəhərində elektrik enerjisinin verilişində fasilə yaranıb. 20 Yanvar küçəsi də daxil olmaqla, bir çox ərazilərdə elektrik olmayıb.

Elektrikin olmaması səbəbindən şəhərin mərkəzi hissələrində işıqforlar da işləməyib. Nəqliyyatın gediş-gəlişində hər hansı problem yaşanmasın deyə DYP əməkdaşları yolayrıclarında növbəli şəkildə avtomobillərin hərəkətini tənzimləyiblər. Elektrik enerjisinin verilişinin dayanmasına səbəb isə elektrik xətlərində yaranan nasazlıq olub. Şəki Elektrik Şəbəkənin baş mühəndisi Hikmət Abdulsalamzadənin "Kanal S"-ə verdiyi məlumata görə, nasazlığın mənbəyinin tapılması elə də asan olmayıb. Bu üzdən problemi vaxtında həll etmək mümkünsüz olub. Problem indiki saatlara qədər davam edir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri