Qaxda ana və iki azyaşlı oğlunu maşın vurub, oğlanlardan biri ölüb

Qaxda ana və iki azyaşlı oğlunu maşın vurub, oğlanlardan biri ölüb, ana isə xəstəxanaya yerləşdirilib.

Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, piyadaların vurulması ilə nəticələnən yol qəzası Qax şəhəri Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsinin kəsişdiyi yerdə baş verib. 1992-ci il təvəllüdlü, Qax şəhər sakini Vüqar Adil oğlu Musayev idarə etdiyi “Ford” markalı 34 BB 570 dövlət nişan nömrəli avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən, rayonun Baydarlı kənd sakinləri - 1986-cı il təvəllüdlü, Zümrüd İsgəndər qızı Loğmanovanı və onun iki azyaşlı övladlarını - 2009-cu il təvəllüdlü Fuad Bəhruz oğlu Loğmanlı və 2008-ci il təvəllüdlü Murad Bəhruz oğlu Loğmanlını vurub.

Baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri alan 5 yaşlı Fuad Loğmanlı Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb. Digər yaralı Zümrüd Loğmanova isə Qax RMX-nın cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Zümrüd Loğmanovanın digər oğlu Murad Loğmanlının xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri