Rəqsanə: Məni içirib hovuza saldılar

Türkiyədən yeni dönən müğənni Rəqsanə İsmayılova media nümayəndələrini ətrafına toplayıb mətbuat konfransı keçirib.

Live.az ANS-ə istinadən xəbər verir ki, ifaçı türk dilində ifa etdiyi “Alma məndən gözlərini” mahnısına elə Türkiyədə çəkdirdiyi klipinə təqdimat mərasimi keçirib.

Video görüntünün rejissorluğunu Teoman Topçu edib. Klipdə məşhur model Karlos Martin çəkilib. Çəkilişlər barədə danışan rəqsanə 1 tonluq suyun içinə çoxlu südün töküldüyünü deyib.

Rəqsanə soyuq suya öz xoşu ilə girmədiyini açıqlayıb:

“Suya girməkdən qorxurdum. Spirtli içki içirib məni hovuza saldılar”.

Qeyd edək ki, Rəqsanə sevgililər günü - 30 iyunda Yaşıl Teatrda konsert verəcək. Konsert tamamilə pulsuz olacaq və biletləri satışda olmayacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri