“Lukoyl-Azərbaycan” Suraxanıdakı yanacaqdoldurma məntəqəsinə edilmiş basqınla bağlı məlumat yayıb

“Lukoyl-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bakının Suraxanı rayonundakı yanacaqdoldurma məntəqəsinə edilmiş basqınla bağlı məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, hadisə bu gün saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib.

Operatorların otağına daxil olan dörd nəfər maskalı silahlı şəxs kastetlə E.Kərimova başından xəsarətIər yetiriblər, R.İsmayılova isə dəmir parçası ilə zərbələr endiriblər. Bundan sonra maskalı şəxslər onların əl-olunu “skotç”la bağlayıblar.

Basqın nəticəsində 6 nömrəli “Lukoyl” yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb.

Ağır xəsarətlər almış E.Kərimov xəstəxanaya yerləşdirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri