Dünya Çempionatı: Meksika millisi növbəti mərhələyə çıxıb, rəqibi Hollandiya yığması olacaq

Dünya çempionatında 1/8 finala keçən ikinci komanda Meksika olub.

APA TV-nin məlumatına görə, Xorvatiyaya növbəti mərhələyə çıxmaq üçün mütləq qələbə lazım idi. Meksikaya isə heç-heçə də kifayət edirdi.

Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar.

Qarşılaşmanın 70-ci dəqiqəsində Rafa Markes künc zərbəsindən sonra başı ilə topu Xorvatiya millisinin qapısına göndərib.Bundan 5 dəqiqə sonra isə Xuan Quadrado Meksika millisinin hesabdakı üstünlüyünü artırıb. 82-ci dəqiqədə Çiçarito Meksika millisinin üçüncü qolunu vurub. 87-ci dəqiqədə isə Xorvatiya yığmasının futbolçusu İvan Perişiç hesab arasındakı fərqi azaldıb.

Beləcə, Meksika millisi Xorvatiya yığmasını 3:1 hesabı ilə məğlub edib və pley-off mərhələsinə vəsiqə qazanıb. Meksikalılar növbəti mərhələdə Hollandiya yığması ilə qarşılaşacaqlar.
Şərhlər
İdman bölməsinin xəbərləri