Hollandiya yığması Çili komandasına qalib gəlib

Bu gün Braziliyada keçirilən DÇ-2014-də B qrupunda Hollandiya və Çili arasında oyun baş tutub.


Trend-in məlumatına görə, oyun 2:0 hesabı ilə Hollandiyanın xeyrinə bitib.


Oyun San-Paulunun "Arena-Korintians" stadionunda keçib, qolları Leroy Fer (77-ci dəqiqə) və Memfis Depay (90-cı dəqiqə) vurublar.
Şərhlər
İdman bölməsinin xəbərləri