Tovuzda avtomobil aşıb, 1 nəfər ölüb 4 nəfər yaralanıb

Tovuzda avtomobil aşıb, 1 nəfər ölüb 4 nəfər yaralanıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün axşam saat 20:00 radələrində Tovuz rayonu ərazisində 1 nəfərin ölümü ilə nəticələnən avtoqəza qeydə alınıb.

Rayonun Aşağıquşçular kəndindən Sarıtala kəndinə gedən VAZ 2106 markalı avtomobil elə dağ kəndi ərazisində dərəyə aşıb. Nəticədə bir ailənin 5 üzvü 5 yaşlı Lalə Hüseynova, 46 yaşlı Aybəniz Hüseynova, 77 yaşlı Gülarə Hüseynova, 19 yaşlı Səbinə Hüseynova bədən xəsarətləri alıb. Yaralılar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəza zamanı ağır xəsarət alan avtomobilin sürücüsü 52 yaşlı Sərdar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır
Şərhlər
Hadisə bölməsinin xəbərləri