Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev vəfat edib

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.
 
Məlumatı APA-ya Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
 
Mərhumun dəfn mərasimi bu gün baş tutacaq.
 
Qeyd edək ki, A. Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.
 
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
 
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
 
İki övladı var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri