Novxanıda ağır yol qəzası baş verib, yaralılar var

Novxanıda ağır yol qəzası baş verib.

Şahidlərin APA-ya verdiyi xəbərə görə, hadisə saat 20:30 radələrində qeydə alınıb. "BMW" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar təcili xəstəxanaya çatdırılıb.

Bakı şəhər Dövlət Yol Polisindən APA-ya bildirilib ki, qəzanın baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri