Bakıda daha bir maşın evakuatordan aşdı (FOTO)

Bakıda daha bir maşın evakuatordan aşdı (FOTO) Bakıda daha bir minik maşını evakuatorunun qurbanı olub. ANS-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkəsində foto yayılıb. Hadisə bu gün səhər saatlarında İnşaatçılar metrosunun yaxınlığında, Şərifzadə küçəsində qeydə alınıb.

Şərhlərdə bildirilir ki, yol polisi avtomobili cərimə meydançasına aparmaq istəyib. Polislər maşını evakuatora yükləyən zaman yanlışlığa yol veriblər. Bunun nəticəsində də minik maşını aşıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Vaqif Əsədov telefon zənglərimizi cavabsız qoydu.

Qeyd edək ki, oxşar hadisə bir necə gün öncə də qeydə alınıb. Bakı şəhərinin Zivərbəy Əhmədbəyov küçəsində “Mercedes Gelandewagen” evakuatordan düşərək “Mitsubishi Pajero” markalı digər maşını vurub.

Evakuator icazəsiz yerdə saxlanmış avtmobili götürmək istəyəndə prosedur düzgün yerinə yetirilməyib.

Bununla da Bakı şəhərində son zamanlarda evakuatorlarla baş vermiş hadisələrin sayı 3-ə çatıb.




Bakıda daha bir maşın evakuatordan aşdı (FOTO)
Bakıda daha bir maşın evakuatordan aşdı (FOTO)
Bakıda daha bir maşın evakuatordan aşdı (FOTO)



Şərhlər
Hadisə bölməsinin xəbərləri