"Şamaxinka"da avtobus yandı [Video]

Bakının "Şamaxinka" adlanan ərazisində sərnişin avtobusu yanıb.

Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, hadisə qəflətən baş verib.

Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə yerinə 1 yanğınsöndürən maşın göndərilib və avtobusdakı yanğın söndürülüb.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, yanğın zamanı xəsarət alan olmayıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri