Bakıda sökülməkdə olan bina uçub, iki nəfərin cəsədi çıxarılıb

Bakıda sökülməkdə olan bina uçub, iki nəfərin cəsədi çıxarılıb Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində ölənlərin kimliyi məlum olub.

Nərimanov rayon Polis İdarəsindən APA – ya verilən məlumata görə, bunlar Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.

Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan “Mitsubishi Pajero” markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub.

_____

17.30

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA–nın verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar.

Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Artıq xilasetmə əməliyyatı başa çatıb və axtarış dayandırılıb. FHN əməkdaşları ərazidə əlavə təhlükəsizlik tədbirləri görürlər.

__________

17.12

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində yaxınlıqda dayanan avtomobillərdən biri tam yararsız hala düşüb, daha 6 maşın qismən əzilib.

APA – nın verdiyi məlumata görə, FHN əməkdaşlarının səyi nəticəsində prospekt dağıntılardan təmizlənib. Hazırda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti bərpa olunub.

____

16.54

Bu gün saat 16.00 radələrində Bakının Nərimanov rayonunda sökülməkdə olan bina uçub.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb.

Şərhlər
Hadisə bölməsinin xəbərləri