Bakıda qatar 2 yaşlı qızı vurub

Bakıda qatar 2 yaşlı qızı vurub Bakıda azyaşlı uşağı qatar vurub. Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən «Keşlə-Bakı» dəmir yolu xəttində qeydə alınıb.

«Bakı-Gəncə» marşrutu üzrə hərəkət edən sərnişin qatarı 2 yaşlı Məmmədova Yəsrubə Tofiq qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri