Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb

Martın 12-də respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Kürdəmir rayonunda olub. Kürdəmir rayonu Muğanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan tövlənin yanar konstruksiyaları 128 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 36-cı kilometrliyində kəsilməkdə olan 35 kub çənin içərisində mazut qalıqları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Dördüncü hadisə Bakıda qeydə alınıb. Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan kafenin mətbəxində 20 ədəd plastik stullar və kafenin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri