Lənkəranın icra başçısının qardaşının qətlə yetirildiyi ehtimal olunur


Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun kiçik qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarından mediaya verilən məlumata görə, A.Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. Azər Qaraşov aldığı güllə yarasından dünyasını dəyişib. Əvvəlcə onun intihar etdiyi bildirilib.

Lakin Lənkəran Rayon İcra Hakimiyyəti hadisənin silahla ehtiyatsız davranması nəticəsində baş verdiyini açıqlayıb.

Bu gün isə Azər Qaraşovu oğlu Azay Qaraşovun qətlə yetirdiyi məlum olub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri