Belarus MN: “Minsk hücuma qarşı qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”


“Belarus hücumun qarşısını almaq və ya silahlı münaqişəni zərərsizləşdirmək üçün strateji çəkindirmə üzrə qabaqlayıcı tədbirlər görmək hüququnu özündə saxlayır”.

Bunu Belarus Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik Valeri Revenko xarici hərbi diplomatlar üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Belarus bütün mövcud vasitələrdən, o cümlədən hərbi gücdən istifadə etməklə milli maraqlarını müdafiə edəcək.

Belarus Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib ki, rəsmi Minski Polşanın Müdafiə Nazirliyinin yaxın 3-10 il ərzində müharibəyə başlamağa hazır olması ilə bağlı bəyanatları fonunda adıçəkilən ölkənin hərbi potensialını artırması narahat edir.




Report
Şərhlər
Hadisə bölməsinin xəbərləri