DİN Ramiz Zeynalovun işdən çıxarılması barədə məlumatı təkzib edib



Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

LIVE.az xəbər verir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Qeyd edək ki, bu gün bəzi KİV-də Ramiz Zeynalovun tutduğu vəzifədən azad olunması ilə bağlı məlumatlar yayılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri