Gəncədə qətl hadisəsi baş verib

Gəncə şəhərində qətl törədilib.


Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Vüsal Hüseynov mübahisə zəminində 1960-cı il təvəllüdlü Qabil Arazovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən V. Hüseynov saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri