Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 31-i saat 02:30 radələrində paytaxtın Hacınski küçəsində Bakı şəhər sakini Zamir Yusifov Camal Quliyevə bıçaq xəsarətləri yetirdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Digər hadisə isə C.Hacıbəyli küçəsində qeydə alınıb. Bakı şəhər sakini Turxan Allahverdiyev qarın nahiyəsinin aldığı bıçaq xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Zəngilan rayon sakini Əhməd Mehdiyev tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri