Göyçayda evini əxlaqsızlıq yuvasına çevirən qadın saxlanıb

Göyçay rayonunda əxlaqsızlıq yuvası aşkar edilib.


Rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, İkinci Ərəbcəbirli kənd sakini 1958-ci il təvəllüdlü İbrahimova Vəsilə Ağahüseyn qızı gəlir əldə etmək məqsədilə öz evini əxlaqsızlıq yuvasına çevirib və Ağdaş rayon Məşəd kənd sakini 1987-ci il təvəllüdlü Muradova Gülnarə Fariz qızını fahişəliyə cəlb edib. Vəsilə İbrahimova rayon sakini Məmmədov Vüsal Emin oğlundan 20 manat pul alaraq onu özü evində Gülnarə Muradova ilə görüşdürərkən polis əməkdaşları tərəfindən yaxalanıb. Vəsilə İbrahimovanın uzun illərdir ki, bu işlə məşğul olduğu məlum olub. Onun qızının isə bu yaxınlarda QİÇS xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.


Faktla bağlı Göyçay rayon Polis Şöbəsində hər üç şəxsdən izahat alınıb. Vəsilə İbrahimova barəsində Cinayət Məcəlləsinin 243.1 və 244.1 maddəsi maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri