Ağsuda 6 otaqlı ev yanıb

Ağsu rayonunda yanğın qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Ərəbuşağı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 342 kv.m olan 2 mərtəbəli (hər mərtəbə 171 kv.m) 6 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şərhlər
Hadisə bölməsinin xəbərləri