Gəncə sakininin evindən 18 min manat oğurlanıb

Gəncədə yaşayış evindən 18 min manat pul oğurlanıb.


Bu barədə məlumatı APA-ya pulları oğurlanan Gəncə şəhər sakini Mətləb Qəmbərov verib. Onun sözlərinə görə, Gəncə şəhəri Qaçaq Nəbi küçəsində yerləşən evində olmadığı müddətdə naməlum şəxslər onun mənzili soyublar. M. Qəmbərov bildirib ki, evdəki seyfdən 18 min manat pul və 300 manat dəyərində qızıl zinət əşyaları aparılıb.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb. M. Qəmbərovun evinə girən şəxslərin tapılması istiqamətində əməliyyat axtarışları həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri